ƏHD Partiyası Ali Məclisinin iclası keçirilib
14 Mart 13:39
14 Mart 13:39
13 Mart 21:31
13 Mart 21:24
7 Dekabr 2020 10:33
1 974
Polis əməkdaşları tərəfindən özünütəcrid qaydalarına riayət etməyən "COVID-19” xəstələri ilə profilaktik işin təşkili davam etdirilir.
Daxili İşlər Nazilriyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, evdə müalicəsinə göstəriş verilən bu virusun aktiv daşıyıcılarının cəmiyyətin içinə çıxması hallarına rast gəlinməkdədir. Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aktiv koronavirus xəstəsi olan Şüvəlan qəsəbəsində yaşayan 64 yaşlı Ələkbər Hüseynov ictimai yerdə müəyyən olunaraq saxlanılıb. Polis əməkdaşları onunla maarifləndirici söhbət aparıb, tibbi prosedurlar gözlənilməklə həmin şəxs yaşadığı evə qaytarılıb.
Ələkbər Hüseynov barəsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Faktla bağlı Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.
İstintaq araşdırmaları davam etdirilir.
13 Mart 19:49
1 736
13 Mart 19:48
1 701
13 Mart 18:15
1 694