Arzuxan Əlizadə: TRIPP-in icrası sülh gündəliyinin mühüm elementidir
22 Sentyabr 18:27
22 Sentyabr 18:27
22 Sentyabr 18:26
22 Sentyabr 17:04
22 Sentyabr 17:02
8 Dekabr 2020 16:27
2 191
Piyadaların təhlükəsizliyinin və rahatlığının təmin olunması, mobilliyin artırılması məqsədilə hazırda Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən yol kəsişmələrində aparılan bir sıra işlər yekunlaşmaq üzrədir.
BNA-dan bildirilib ki, yekunlaşmaq üzrə olan işlərə yol infrastrukturunun imkan verdiyi 40-dan çox kəsişmədə bütün istiqamətlər üzrə nizamlanan eyni səviyyəli piyada keçidlərinin təşkil edilməsi, 80-dən artıq nizamlanan yol kəsişmələrində mövcud işıqfor obyektlərinin üzərinə piyada seksiyalarının (bölmə) quraşdırılması aiddir.
Ümumilikdə həyata keçirilən bu tədbirlər yol kəsişmələrində təhlükəsizliyi artırır, piyadaların rahatlığını təmin edir, piyada keçidlərindən istifadəni stimullaşdırır, əlçatanlığın artırılmasına şərait yaradır.
Mərhələli şəkildə bütün yol kəsişmələrində bu kimi tədbirlər həyata keçiriləcək.
08:17
308
22 Sentyabr 19:59
854
22 Sentyabr 19:21
791


