“Azərbaycan dövləti öz milli qərarvermə modelini qoruyub”
1 Noyabr 12:48
1 Noyabr 12:48
31 Oktyabr 17:08
31 Oktyabr 16:39
Deputat da hökumət qədər məsuliyyət daşıyır - Qüdrət Həsənquliyevdən SENSASİON açıqlamalar
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib -FOTO
Ukraynanın Odessa vilayətinə dron hücumu olub, iki nəfər ölüb, bir yaralı var
Baydenin müşaviri onun seçkilərdən geri çəkilməsinin əsas səbəbini açıqlayıb
ABŞ beynəlxalq sularda narkoterroçularun qayığını məhv ediblər, ölənlər var
16 Dekabr 2020 12:33
2 142
“Hazırda Ümumdünya Səhiyyə Təşkilatının COVİD-19 xəstəliyi üçün tövsiyə etdiyi spesifik bir dərman yoxdur”.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının Səhiyyə ilə bağlı Ehtiyacların Qiymətləndirilməsi Missiyasının yekunlarına dair media brifinqdə ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib.
O deyib ki, tövsiyə edilən dərmanların demək olar ki, hamısı simptomatik müalicə üçün lazımlıdır. Yəni məsələn, temperatur varsa, onun azaldılması, öskürək olanda bununla bağlı, ağrılar olanda ağrıksici kimi dərmanlar istifadə olunur. Amma bu virusu öldürən və yoluxan şəxsi sağaldacaq konkret bir dərman yoxdur. Virus zamanı istifadə edilən dərmanların hazırda az olub-olmamağı barədə məlumatım yoxdur”.
Hande Harmancı qeyd edib ki, orqanizmə əlavə mikroblar, bakteriyalar da düşürsə, bu zaman müxtəlif antibiotiklərin istifadəsi lazım olur. Amma bununla bağlı hamının gedib həkim məsləhəti olmadan aptekdən antibiotik alıb istifadə etməsi düzgün deyil: "COVİD virusu bitəcək, elə bilirik ki, bitməyəcək, amma keçəcək. Dünyada indiyə qədər də bir çox pandemiyalar olub, amma bunun üçün lazım olmayan antibiotiklərin istifadə edilməməsi çox vacibdir”.
1 Noyabr 17:46
1 659
1 Noyabr 14:21
1 659
31 Oktyabr 20:55
2 086