3 Oktyabr 17:04
3 Oktyabr 13:42
18 Fevral 2021 09:49
1 540
Daxili İşlər Nazirliyi ötən gün daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumatına görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 48 cinayətin üstü “isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 35 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 21 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 28, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb.
3 Oktyabr 17:06
987
3 Oktyabr 10:18
1 106
2 Oktyabr 22:07
1 260