Dünyaca məşhur fotoqraf Reza Deqati Xocalı faciəsi barədə fotofaktları təqdim edib Hadisə

Dünyaca məşhur fotoqraf Reza Deqati Xocalı faciəsi barədə fotofaktları təqdim edib

Dünyaca məşhur fotoqraf Reza Deqati ADA Universitetində Xocalı faciəsinə həsr olunmuş tədbir zamanı erməni işğalçılarının vəhşiliklərini əks etdirən fotoşəkilləri təqdim edib.

Trend-in məlumatına görə, fotoqraf bildirib ki, 1992-ci ildə o, artıq çoxillik fotoqraflıq təcrübəsinə malik idi.

R.Deqati əlavə edib ki, Xocalı barədə öyrəndikləri onun yadında bəşəriyyət tarixində ən dəhşətli hadisələrdən biri kimi qalıb.