“Bakı təhlükəsizlik diplomatiyasının yeni platformasına çevrilir”
Mikayıl Cabbarov dağ-mədən və metallurgiya sənayesi ilə bağlı əsas çağırışları açıqlayıb
Dövlət başçısı: Bizim perspektivli yataqlarımız bu gün hələ də öz geoloji kəşfiyyat dövrünü gözləyir
Nazir: Qarabağ və Şərqi Zəngəzurda geoloji kəşfiyyat genişləndiriləcək
2 Mart 2021 10:54
1 995
Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar Gədəbəy Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayon ərazisində təhlükəsizliyin təmin edilməsi və baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının dərhal alınması istiqamətində zəruri qabaqlayıcı tədbirlər həyata keçirirlər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları xidməti avtomobillərlə avtopatrul xidmətini yerinə yetirərək, yollarda qalmış və köməyə ehtiyacı olan vətəndaşlara bütün köməklikləri göstərirlər.
Bundan əlavə sürücülərlə yollarda sürət həddini aşmamaları və ara məsafəsini gözləmələri barədə maarifləndirici söhbətlər aparan polislər, onlara yollarda olan vəziyyət haqqında məlumatlar verirlər.


