4 Noyabr 15:45
“Əli Kərimli ölkəmizin uğursuzluqla assosiasiya olunan keçmişidir! ”
Nazirlik: Şəxsin pensiya kapitalından vaxtından əvvəl istifadə etməsi nəzərdə tutulmayıb
Gələn il pensiyalar üzrə indeksasiyanın 9,2% olması proqnozlaşdırılır - YENİLƏNİB
Livanda İsrailin hücumu nəticəsində bir "Hizbullah" döyüşçüsü öldürülüb
Azərbaycan qlobal rabitə qurumunun rəhbərliyində təmsil olunacaq
3 Mart 2021 14:28
2 030
TÜRKSOY-un Baş katibi Düsen Kaseinov ilə mədəniyyət naziri Anar Kərimov arasında görüş keçirilib.
Mədəniyyət Nazirliyindən verilən məlumata görə, görüşdə Azərbaycanın TÜRKSOY-la sıx əməkdaşlıq etdiyi vurğulanaraq gələcək birgə fəaliyyətlə bağlı fikir mübadiləsi aparılıb.
Nazir ortaq mədəni irsimizi dünyaya tanıdan TÜRKSOY-un ölkəmiz üçün dəyərli təşkilat olduğunu, Azərbaycanın bundan sonra əməkdaşlığın daha da genişlənməsində maraqlı olduğunu bildirib.
TÜRKSOY-un “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsindən söz açan Düsen Kaseinov qeyd edib ki, gələn ildən təşkilata üzv ölkələrin də dəstəyi ilə bu layihəni hər ildə iki paytaxt olaraq davam etdirmək istəyirlər. Bu cür praktika Avropanın “mədəniyyət paytaxtı” layihəsində də var. Mədəniyyət paytaxtı şəhərlərindən bir türk dünyasının şərqindən, biri qərbindən ola bilər.
Baş katib həmçinin bildirib ki, TÜRKSOY-un ənənəvi mətbuat mükafatlarını bu il Qarabağdan yazan türk dünyası jurnalistlərinə verməyi qərara alıblar. Düsen Kaseinov təklif edib ki, mükafatlandırma mərasimi Bakıda keçirilsin və mərasimdən sonra Qarabağ ziyarət edilsin.
Anar Kərimov təklifin dəyərləndiriləcəyini qeyd edib.