21 Sentyabr 18:58
21 Sentyabr 17:37
21 Sentyabr 17:36
Mikayıl Cabbarov dağ-mədən və metallurgiya sənayesi ilə bağlı əsas çağırışları açıqlayıb
Dövlət başçısı: Bizim perspektivli yataqlarımız bu gün hələ də öz geoloji kəşfiyyat dövrünü gözləyir
Nazir: Qarabağ və Şərqi Zəngəzurda geoloji kəşfiyyat genişləndiriləcək
Husilər: Səudiyyə Ərəbistanının həbsxanaya zərbəsi nəticəsində 9 əsir həlak olub
10 Mart 2021 12:54
2 107
COVID-19 əleyhinə effektiv vaksinlərin istehsalı məqsədilə yaradılmış “COVAX” təsisatına Azərbaycan Respublikası öhdəlikli satınalma müqaviləsi ilə qoşulub. Müqavilə üzrə Azərbaycan əhalisinin 10 faiz hissəsinin vaksinasiyası üçün çoxtərəfli formatla vaksinlərin əldə edilməsi razılaşdırılıb.
APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.
Məlumata əsasən, bu məqsədlə 3235.8 min ABŞ dolları məbləğində ilkin ödəniş həyata keçirilib. Bundan əlavə 18100.5 min ABŞ dolları məbləğində ödənişin həyata keçirilməsi planlaşdıırlır.
“COVAX” təsisatının məlumatına əsasən, vaksinlərin ölkələr arasında paylanmasına 2021-ci ilin fevral ayından başlanılıb.