10 Mart 2021 15:12
2 317
"Eximbank" tərəfindən Macarıstanın 7 şirkətinə Qarabağda quruculuq işlərinin aparılmasına 100 mln. ABŞ dolları məbləğində kredit xətti açılıb.
"APA-Economics"in məlumatına görə, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bu gün Bakıda keçirilən Azərbaycan-Macarıstan işgüzar görüşündə çıxış edərkən deyib.
Onun sözlərinə görə, bank daxilində artıq qərar verilib ki, növbəti kredit xətti də açılsın: "Artıq maliyyə imkanları "Eximbank" tərəfindən təmin olunur və mən inanıram ki, həqiqətən də bu, Macarıstan şirkətlərinin Azərbaycanda rəqabətini də artıracaq".
17:42
938
16:51
1 001
16:19
896