 
                
                
                
             
                
                
                
             
                
                30 Oktyabr 18:52
 
                
                30 Oktyabr 17:33
İran “Telegram”ın fəaliyyətinin bərpası üçün danışıqlara başlayıb
Gürcüstanda keçmiş nazirin evində axtarış aparılıb, müavini saxlanılıb
Zelenski Ukraynada hərbi vəziyyəti fevralın 3-nə qədər uzadıb
“Bu hadisə Azərbaycanın əleyhinə yönəlmiş təxribat xarakteri daşıyır”
Arvadına zor tətbiq edilməsi ilə bağlı saxlanılan şəxs barəsində qərar verilib
 15 Mart  2021 12:51
15 Mart  2021 12:51 2 786
2 786
Vətənini canından artıq sevən, 19 yaşında onun yolunda şəhid olan Şahin Afat oğlu Tahirli  Lerik rayonunun Züvüç kəndində doğulub, boya-başa çatıb.  Sağlam əqidəli  bu gənc həyatı dərk edən gündən öz xoşbəxtliyini  xalqına gərəkli olmaqda görür. Şahinin yurdun qeyrət qalasına dönməsi də məhz ürəyində yuva salmış, xalqın milli-mənəvi dəyərlərinə tapınan saf arzulardan  irəli gəlirdi.  
Şahin  2018-ci ildə  orta məktəbin 11-ci sinfini başa vurub Mingəçevir Turizm Kollecinə qəbul olunur. Oxuduğu təhsil ocağında  öz savadı, dərin zəkası, ağlı ilə seçilsə də, sinəsində qövr  edən Vətən qubarı onu çox incidir.  Və bu qubarın çarəsini  yalnız  mənfur ermənilərin işğalı altında olan Dağlıq  Qarabağın  azad olunmasında  görür.
Şahin 2019-cu ilin oktyabr ayında hələ II kursda oxuyarkən Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılır və öz istəyi nəzərə alınmaqla  onu cəbhə bölgəsinə göndərirlər. Hərbi hissədə  Vətənə olan məhəbbətini nümunəvi xidməti ilə  bir daha sübut edir. Döyüş meydanında  mənfur düşməni əzmək onun başlıca məqsədinə dönür. 
İkinci Qarabağ  müharibəsi başlanan gündən Vətən, millət təəssübü çəkən igid əsgər yurdun yaralarına məlhəm  olmaqdan ötrü haqq savaşımıza  böyük inamla, cəsarətlə qoşulur.  Yurd  yağı tapdağından qalmasın deyə, 42 gün işğaıçılara qan qusdura-qusdura  odun-alovun içində, səngərdə əsl qəhrəman kimi döyüşür. Füzulinin, Qubadlının, Şuşanın  hər qarışında hünər, şücaət  göstərir, ad çıxardır. Şanlı zəfərimizin bir addımlığında, yəni   noyabr 7-də  Daşaltı kəndi uğrunda gedən şiddətli döyüşdə qarı düşmən Şahinin Vətən eşqli ürəyini  nişan ala bilir...  
Şəhid atası Afat Tahirli oğlu haqqında deyir: - Şahin çox mərd böyümüşdü. Vətən sevgisi onun qanında idi. Məhz buna görə də Qarabağın taleyi onu düşündürürdü. Torpaqların işğalından söz düşəndə qürurla deyərdi ki, qisas qiyamətə qalmaz,  şəxsən öz əllərimlə üç rəngli müqəddəs bayrağımızı Qarabağa sancacağam.  İgid  Şahinim müqəddəs arzusuna artıq çatdı. Xoşbəxt   atayam ki, indi bütün  Azərbaycan oğlumla fəxr edir. Dövlətimdən də  çox razıyam. Bir an belə oğlum unudulmur. Haqq savaşımızda erməni dığalarına qarşı  qanlı döyüşlərdə  göstərdiyi şəxsi igidliyə görə Vətənin yüksək mükafatına - “Vətən uğrunda” və Füzulinin, Qubadlının azad olunmasına görə medallara layiq görülüb. 
Zəfər ORUCOĞLU, 
Azərbaycan  Jurnalistlər Birliyinin üzvü 
 
 30 Oktyabr 19:58
30 Oktyabr 19:58 1 050
1 050 30 Oktyabr 16:44
30 Oktyabr 16:44 1 239
1 239 30 Oktyabr 16:18
30 Oktyabr 16:18 1 211
1 211 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    .webp) 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    .webp) 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    jpeg-1760094789.jpg) 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
        
         
                     
                    