 
                
                Polşa Avropa İttifaqından çıxmaq imkanını qəbul edib
31 Oktyabr 17:08
 
                
                31 Oktyabr 17:08
 
                
                31 Oktyabr 16:39
 17 Mart  2021 17:50
17 Mart  2021 17:50 2 653
2 653
Ermənilərin özləri üçün saxta coğrafiya yaratmaq cəhdləri göstərirlər, buna görə də tarixən Azərbaycan torpaqları olan indiki Ermənistan ərazilərinin əsl coğrafi adlarını əks etdirən xəritələr nəşr edilərək yayılmalıdır.
Bunu AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsini müdiri, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Mirnuh İsmayılov deyib.
Onun sözlərinə görə, xəstə təxəyyüllü erməni coğrafiyaşünaslar bu ərazilərdə Kiçik Qafqaz dağ silsiləsinin olmadığını, “armyanskoye naqorye”, yəni erməni dağ silsiləsinin olduğunu iddia edirlər. Ermənilərin iddialarına görə, Kiçik Qafqaz adlanan ərazi, Zəngəzur dağ silsiləsi də erməni dağ silsiləsinə aiddir.
Alim qeyd edib ki, ermənilərin Sünik adlandırdıqları ərazi əslində tarixən Azərbaycanın Zəngəzur mahalıdır. Bu mahal da indiki Ermənistanın Qafan, Gorus, Qarakilsə (Sisian), Mehri rayonlarını əhatə edir. Ərazinin yer və çay adları da bu yerlərin Azərbaycana məxsus olduğunu bir daha təsdiq edir. Sünik sözünün mənası da türkdilli tayfanın adı ilə bağlıdır.
Tarixi sənədləri saxtalaşdıraraq yaymaqda internet resurslarından geniş istifadə etdiklərini və bunu həm də çox inandırıcı şəkildə etməyə çalışdıqlarını deyən M.İsmayılov adi adamların bu uydurmaya inana biləcəklərini vurğulayıb: “Erməni yalanlarının qarşı alınmalı, müxtəlif dillərdə tərtib olunmuş, ərazinin adlarını əks etdirən xəritələr nəşr edilərək yayılmalıdır”.
 31 Oktyabr 20:55
31 Oktyabr 20:55 973
973 31 Oktyabr 19:15
31 Oktyabr 19:15 1 064
1 064 31 Oktyabr 18:26
31 Oktyabr 18:26 1 085
1 085 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
        
         
                     
                     
                     
                    