"Çelsi"nin baş məşqçisi Premyer Liqada ötən ayın ən yaxşısı seçilib
AFFA Hakimlər Komitəsinin sədri FIFA referilərinin səhv qərar qəbul etdiklərini təsdiqləyib
Ərdoğan: Türkiyə Ukraynada müharibənin dayandırılması üçün danışıqlara ev sahibliyi edə bilər
FHN-in strukturlarında Heydər Əliyevin anım günü ilə əlaqədar tədbirlər keçirilib
Livan XİN rəhbəri: İranın siyasəti Yaxın Şərqdə qeyri-stabilliyin mənbəyidir
30 Mart 2021 16:44
1 351
Vyanada yerləşən Beynəlxalq Mətbuat İnstitutu (IPI) pandemiya şəraitində virtual fəaliyyətə üstünlük verir. Buna görə də bir sıra fəaliyyətlər internet üzərindən gerçəkləşdirilir. Belə fəaliyyətlər çərçivəsində həyata keçirilən işlərdən biri də “Qlobal jurnalistika layihəsi”dir.
Azərbaycan Mətbuat Şurası da bu layihədə iştirak edir. Layihə çərçivəsində qurumun bu ilin aprel ayında reallaşdıracağı “Xəbər otaqlarına virtual ziyarət”inə Mətbuat Şurası İdarə Heyətinin üzvü və xarici əlaqələr komissiyasının sədri Azər Həsrət də qatılacaq. Kiçik bir qrup beynəlxalq media təmsilçisi üçün nəzərdə tutulan ziyarət aprel ayı boyunca davam edəcək və 4 ayrı ölkənin 4 ayrı media qurumunu əhatə edəcək.
Ziyarətçilər öncə ABŞ-da nəşr edilən “The Christian Science Monitor” qəzetinin, ardından isə Norveçin “Aftenposten”, İspaniyanın “Publico” nəşrlərinin virtual qonağı olacaqlar. Sonda isə İsveçrənin NZZ (“Neue Zürcher Zeitung”) qəzeti ziyarət ediləcək.
Bu ziyarətlər sırasında beynəlxalq virtual qonaqlar adı çəkilən nəşrlərin yeni xəbər texnologiyaları, auditoriyaya təsir imkanları, texnologiyanın gücü, rəqəmli imkanlardan səmərəli istifadə məsələlərilə bağlı təcrübəsi haqqında məlutmatlandırılacaqlar.