İtkin düşmüş, əsir-girov götürülmüş şəxslərlə bağlı son məlumatlar açıqlanıb Hadisə

İtkin düşmüş, əsir-girov götürülmüş şəxslərlə bağlı son məlumatlar açıqlanıb

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş, əsir-girov götürülmüş, həmçinin azad edilmiş şəxslərlə bağlı 01.03.2021-ci il tarixə olan son statistik məlumatlar açıqlanıb.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, son rəqəmlər aşağıdakı kimidir:

1. Dövlət Komissiyasının qeydiyyatından keçən itkin düşmüş şəxslər - 3890 nəfər

a) hərbçilər - 3171 nəfər

b) mülki şəxslər - 719 nəfər (71 uşaq, 267 qadın, 326 qoca)

a) kişilər - 3623 nəfər

b) qadınlar - 267 nəfər

Qeydiyyata alınmış itkinlərdən

əsir-girov götürülməsi barədə məlumatlar daxil olmuş şəxslər - 872 nəfər

a) hərbçilər - 605 nəfər

b) mülki şəxslər - 267 nəfər (29 uşaq, 98 qadın, 112 qoca)

a) kişilər - 774 nəfər

b) qadınlar - 98 nəfər

2. Əsir və girovluqdan azad edilmiş şəxslər - 1480 nəfər

a) hərbçilər - 378 nəfər

b) mülki şəxslər - 1102 nəfər (224 uşaq, 357 qadın, 225 qoca)

a) kişilər - 1123 nəfər

b) qadınlar - 357 nəfər