Azərbaycanın nəqliyyat sistemində müxtəlif növ ödəniş imkanları yaradılacaq Hadisə

Azərbaycanın nəqliyyat sistemində müxtəlif növ ödəniş imkanları yaradılacaq

Azərbaycanın nəqliyyat sistemində qurulan infrastruktur gələcəkdə bütün təmassız ödəniş formalarını qəbul etməyə imkan yaradacaq.

"APA-Economics"in məlumatına görə, bunu "Baku Transit Forum 2021 Smart City" beynəlxalq tədbirdə çıxış edən Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədrinin müavini Elmir Həbibullayev deyib.

Onun sözlərinə görə, hazırda Bakı-Sumqayıt istiqamətində hərəkət edən elektrik qatarlarında gediş haqqının təmassız ödənişinin təşkili layihəsi üzrə görülən işlər genişləndirilir: "Stansiyalar artıq validatorlarla təmin olunub və hazırda qurulan infrastruktur istənilən təmassız kart vasitəsilə gediş haqqını ödəməyə imkan yaradacaq. Hazırda bu istiqamətdə sınaqlar aparılır. Əsas məqsədimiz bu istiqamətdə ekosistemin yaradılmasıdır. Yəni bir deyil, müxtəlif növ ödənişlərin həyata keçirilməsini mümkün etməkdir".