26 İyun 17:12
9 Aprel 2021 17:48
3 262
Bakı Apellyasiya Məhkəməsində “İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun barəsində olan həbs qətimkan tədbiri qərarından verilən apelyasiya şikayətinə baxılıb.
Hakim Ramin Qurbanovun sədrliyi ilə keçirilən iclasda şikayət araşdırılsa da, təmin edilməyib.
İttihama görə, istintaqla İ.İsmayılovun 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
Ona Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib və Binəqədi rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
27 İyun 17:31
1 036
27 İyun 17:28
1 239
27 İyun 12:29
1 274