5 Noyabr 23:56
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır
Azərbaycana gətirilən 1 ədəddən artıq mobil telefonların qeydiyyatı üçün 100 manat rüsum alınacaq
Qeyri-formal məşğul şəxslər icbari tibbi sığorta haqqını özləri ödəyəcək
Gələn ildən aylıq gəliri 8 min manatdan çox olanlar üçün sosial sığorta haqqı dəyişir
9 Aprel 2021 19:05
2 681
Dünyada koronavirus vaksinlərinin 87 faizi yüksək və ortagəlirli ölkələrin payına düşür. Azgəlirli ölkələr isə yalnız vaksinlərin 0,2 faizini əldə edir.
Trend-in məlumatına görə, bunu Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Gebreyesus deyib.
O bildirib ki, dünyada 700 milyon dozadan çox vaksin qeydə alınb və bunun əksəriyyəti yüksək və ortagəlirli ölkələrin payına düşür.
ÜST rəhbərinin sözlərinə görə, yüksəkgəlirli ölkələrdə hər dörd sakindən biri peyvənd olunub. Azgəlirli ölkələrdə isə bu göstərici 500 nəfərdən birinə bərabərdir.
COVAX mexanizmi barədə danışan T.Gebreyesus deyib ki, martın sonunadək 100 milyon vaksinin paylanması nəzərdə tutulurdusa, yalnız 38 milyon dozanı paylamaq mümkün olub.