9 İyul 22:25
Kriptovalyutalar bahalaşıb – “Bitcoin”in qiyməti 64 min dollara yaxınlaşır
ABŞ İrana yeni zərbələr endirməyə hazırdır, lakin diplomatiyaya şans vermək istəyir
İsrail yaxın günlərdə işğal olunmuş ərazilərin bir hissəsini Livana qaytaracaq
İsrail İrana daha güclü zərbə endirməyə hazır olduğunu bəyan edib
İranın Konarak, Buşehr və Çoqadak şəhərlərində partlayışlar baş verib
23 Aprel 2021 12:55
2 457
Sabahın hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinidən verilən məlumata görə, aprelin 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 10-13, gündüz 17-20, Bakıda gecə 11-13, gündüz 18-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz 45-50 faiz təşkil edəcək.
Aprelin 24-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 11-15, gündüz 22-27, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacaq.
Aprelin 24-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Aprelin 24-ü gündüz Bakıda və Abşeron yarımadasında cənub küləyinin əsəcəyi, arabir 15-18 m/s-dək güclənəcəyi gözlənilir.
9 İyul 21:21
1 470
9 İyul 21:05
1 057
9 İyul 18:26
1 260