9 İyul 22:25
07:42
637
ABŞ Yaxın Şərqdə gərginliyin daha da artmasının qarşısını almaq üçün danışıqlar aparır, lakin ehtiyac yaranacağı təqdirdə iyulun 10-na keçən gecə İrana qarşı yeni zərbələr seriyası endirməyə hazırdır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "CNN" teleşirkəti öz mənbələrinə istinadən məlumat yayıb.
Mənbələrin məlumatına görə, ABŞ qüvvələri yeni hücumlar həyata keçirməyə tam hazırdır, lakin hələlik Vaşinqton diplomatik səylərə üstünlük vermək qərarına gəlib. Teleşirkətin mənbəsi vəziyyətin dinamik şəkildə dəyişdiyini və yeni zərbələrin istisna edilmədiyini vurğulayıb.
Məryəm Quliyeva