

“İqtisadiyyatın inkişafı ilə şəhər nəqliyyatında da dayanıqlı inkişaf olub. Bakı Nəqliyyat Agentliyinin əsas işi gün ərzində ictimai nəqliyyatla hərəkət edən insanların evlərinə rahat çata bilməsidir”.
APA-nın məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, BNA 5 il müddətində ictimai nəqliyyatın inkişafını həyata keçirib: “Avtobus parkı 2015-ci ildən ciddi fərqlənir. Həmin ildən bugünədək yenilənən avtobus sayı 968 olub (724 ədədi dövlət, 244 ədədi özəl), ötən il isə 119 avtobus (115 ədədi dövlət, 4 ədədi özəl) yenilənib. Hər gün yeni avtobuslarla gündəlik 630 mindən çox sərnişin daşınır”.