“Sübutlar yoxdur, ehtimallar var”
6 Aprel 21:35
6 Aprel 21:35
6 Aprel 21:30
6 Aprel 21:19
6 Aprel 21:10
30 Aprel 2021 12:53
3 507
Azərbaycan Milli Elmlər Akademiyasının Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu və Genetik Ehtiyatlar İnstitutu tərəfindən Qida Təhlükəsizliyi İnstitutu və Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi ilə birgə “Azərbaycan Respublikasında yayılmış SARS-CoV-2 virusunun genomunun oxunması, beynəlxalq genom bazalarına yerləşdirilməsi və müqayisəli təhlili, təhlükəli patogenlər üzrə genom məlumat bazasının yaradılması” mövzusunda layihə hazırlanıb.
Bu barədə APA-ya Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru İradə Hüseynova bildirib.
O deyib ki, layihə artıq Nazirlər Kabinetinə təqdim edilib.
İ.Hüseynova qeyd edib ki, aşkar olunmuş genomlar məlumat bazasına yerləşdiriləcək: “Ümumiyyətlə, viruslar haqqında məlumat bazası yaradacağıq. Bu, elektron məlumat bazası olacaq. Bunlar həm də beynəlxalq məlumat bazasına yerləşdiriləcək”.
6 Aprel 19:11
1 064
6 Aprel 18:57
1 337
6 Aprel 18:51
1 085