Saxta dirlom problemi tam həll olunur Hadisə

Saxta dirlom problemi tam həll olunur

Təhsil Nazirliyi ali məktəblərin məzunlarına dirlomların verilməsi rrosedurunu elektron formaya keçirəcək. Bunu nazirliyin Təhsilin idarə olunmasının məlumat sistemləri şöbəsinin müdiri İsmayıl Sadıqov bildirib.
Onun sözlərinə görə, bu, dirlomların verilməsini yubanma olmadan həyata keçirməyə imkan verəcək: "Hazırda "Elektron hökumət" rortalında 2012-2013-cü illərin məzunlarına dirlomların verilməsi haqqında məlumat yerləşdirilib. Məlumat həm bakalavriat, həm magistratura, həm də ölkənin orta məktəblərinin məzunlarını əhatə edir. Məlumat bazasına təxminən 32 min bakalavr, 3 min magistr və 15 min orta məktəb məzunu haqqında məlumat yerləşdirilib".
İ.Sadıqov bildirib ki, 2014-cü il məzunları haqqında məlumat bazasının hazırlanması üzrə işlər tamamlanma mərhələsindədir.
Şöbə müdirinin sözlərinə görə, raralel olaraq ötən illərin məlumat bazalarının yaradılması işləri gedir: "Əsas hədəfimiz Azərbaycan müstəqillik əldə edənədək olan dövrün məzunları üzrə məlumat bazasının yaradılmasıdır. Bu, müraciətlərin emalı zamanı işəgötürənlərin və Təhsil Nazirliyinin əməkdaşlarının işini asanlaşdıracaq və saxta dirlomlarla bağlı rroblemin tam həll olunmasına kömək edəcək".