3 Oktyabr 17:04
3 Oktyabr 13:42
2 İyun 2021 11:45
3 213
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
FHN-in saytının verdiyi məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 51 yanğına çıxış və 3 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, ötən sutka ərzində 1-i azyaşlı olmaqla 5 nəfər, o cümlədən Bakı şəhərinin Nəsimi rayonunda ikimərtəbəli taxta konstruksiyalardan ibarət yaşayış binasında baş vermiş yanğın zamanı 2 nəfər yanğınsöndürənlər tərəfindən xilas olunub.
3 Oktyabr 17:06
1 029
3 Oktyabr 10:18
1 148
2 Oktyabr 22:07
1 323