“Diaspor fəaliyyəti ən mühüm məsələlərdən biridir”
21 Sentyabr 18:58
21 Sentyabr 18:58
21 Sentyabr 17:37
21 Sentyabr 17:36
21 Sentyabr 16:57
Bu ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanların sayı açıqlanıb
“Xarici investorlara hazır paketlər təqdim etməliyik”-Qüdrət Həsənquliyev
Türkiyədə məktəbin yaxınlığında silahlı insident olub, 4 şagird yaralanıb
FHN yanğın təhlükəsizliyi ilə bağlı kənd yerlərində yaşayan əhaliyə müraciət edib
4 İyun 2021 19:41
4 284
Finlandiyanın Helsinki və Niderlandın Haaqa şəhərlərində Azərbaycanın mədəni və tarixi irsinin, ərazi bütövlüyünün təbliğ olunması məqsədilə diaspor təşkilatlarının həyata keçirdiyi məlumatlandırıcı aksiyalar erməniləri və ermənipərəst çevrələri qəzəbləndirib.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Azərbaycanın Avropada müasir üslubda təbliğ olunmasından narahat olan ermənilər Helsinkinin mərkəzindəki dəmiryolu vağzalı və metro stansiyaları dayanacaqlarında "28 May – Azərbaycanın Respublika Günü!" elanı yazılmış rəqəmsal lövhələri quraşdıran reklam şirkətinə israrlı şəkildə zəng edərək narazılıqlarını bildiriblər.
Haaqa şəhərindəki 16 nömrəli tramvayın üzərində Azərbaycanın işğaldan azad olunmuş bölgələrinin təsvirlərinin yerləşdirilməsi isə Niderland Nümayəndələr Palatasının üzvü Raymon de Runa mənfi təsir edib. Ermənipərəst siyasətçi "twitter" hesabı üzərindən aksiyaya etirazını bildirib. Ermənilər niderlandlı havadarlarının statusunu sosial şəbəkə səhifələrində paylaşıblar.