Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb Hadisə

Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 601 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 334, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 267 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 546 770, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 611 499, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 935 271 təşkil edir.