BQXK nümayəndələri erməni kəşfiyyatçıya baş çəkiblər Hadisə

BQXK nümayəndələri erməni kəşfiyyatçıya baş çəkiblər

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin əməkdaşları dekabr ayında Ağdam rayonunda saxlanılan hərbi əsirə baş çəkiblər.
BQXK-nın Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya bildirib ki, başçəkmə fevralın 18-də olub. Əsirə ailə məlumatları çatdırılıb və ondan ailəsi üçün məlumat alınıb.
Qeyd edək ki, ötən il dekabrın 26-da axşam saatlarında cəbhənin Ağdam rayonu istiqamətində ermənilərin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, müdafiənin ön xəttində yerləşən bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bu cəhdinin qarşısı əvvəlcədən aşkar edilərək alınıb.
Qısa atışmadan sonra xeyli sayda itki verərək geri çəkilən düşmənin kəşfiyyat-təxribat qrupunun üzvü, peşəkar hərbi qulluqçu Baqdasaryan Arsen Eduardoviç ələ keçirilib.
Həmin fakt üzrə Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.2.7., 29,120.2.12. və 29,282.2-ci maddələri ilə cinayət işi başlanıb.