“Almaniya təzyiqi İsveçrədə”
27 Fevral 22:04
27 Fevral 22:04
27 Fevral 20:53
27 Fevral 20:52
27 Fevral 20:52
11 İyun 2021 15:54
2 779
Azərbaycanda müntəzəm marşrut xətləri ilə şəhərlərarası və rayonlararası sərnişindaşımalar bütün həftəsonları sərnişinlərin xidmətində olacaq.
“APA-Economics” xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova deyib.
Onun sözlərinə görə, bunun üçün sərnişinlərdən bilet alarkən COVID-19 pasportu tələb olunmur: ”Lakin bu, o demək deyil ki, sərnişinlərin ilkin müayinəsi aparılmayacaq. Özündə hər hansı nasazlıq hiss edən sərnişin yaxşı olar ki, bilet almasın. Sərnişinlər biletləri onlayn və ya avtovağzalın kassalarından əldə edə bilərlər”.
DANX-ın rəsmisi həmçinin əlavə edib ki, hazırda Bakı Beynəlxalq Avtovağzal Kompleksində kifayət qədər sərnişin axını var və bu axın tam idarə olunur.
“Sərnişinlər istədikləri regionlara normal, müntəzəm marşrut xətləri ilə gedə bilirlər”, - deyə N. Allahyarova əlavə edib.
27 Fevral 20:39
1 071
27 Fevral 19:56
1 260
27 Fevral 19:32
1 134