DİM ali məktəblərə imtahansız qəbul olunmaq hüququna malik şəxslərə müraciət edib Hadisə
- 16 İyun 2021 10:56
- 1 568
Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.
Bu barədə APA-ya Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarına uyğun olaraq, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri dedikdə, aşağıdakı şəxslər nəzərdə tutulur:
- beynəlxalq fənn olimpiadasının qızıl, gümüş və ya bürünc medalı ilə təltif olunmuş şəxslər;
- IX-XI sinif şagirdləri arasında keçirilən respublika fənn olimpiadasında birinci, ikinci və üçüncü yer tutmuş şəxslər;
- beynəlxalq müsabiqənin və ya yarışın (15 yaşdan yuxarı yaş qrupunda) laureatı olmuş (ali mükafat, birinci, ikinci və üçüncü yerlər) şəxslər.
Beynəlxalq və respublika fənn olimpiadasının qalibinin tam orta təhsil səviyyəsini bitirdikdən sonrakı növbəti 2 tədris ili üçün, beynəlxalq müsabiqənin və ya yarışın qalibi isə tam orta təhsil səviyyəsini bitirməklə qalibiyyət əldə etdikdən sonrakı növbəti 5 tədris ili üçün ali təhsil müəssisəsinə tələbə qəbulunda yalnız bir dəfə müsabiqədənkənar qəbul olunmaq hüququ var.
Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri (indiyədək müvafiq sənədlərini DİM-ə təqdim etməyənlər) 16 iyun – 9 iyul 2021-ci il tarixlərində sənədləri Dövlət İmtahan Mərkəzinə (Bakı ş. M.Müşfiq 1M) və ya Mərkəzin regional bölmələrinə (Naxçıvan, Gəncə, Xaçmaz, Lənkəran, Şəki, Göyçay, Şirvan, Bərdə, Şəmkir) təqdim etməlidirlər.
Mərkəz göstərilən sənədlərin həqiqiliyini və onu təqdim edən şəxsə məxsus olmasını həmin olimpiadaların, müsabiqələrin və yarışların keçirildiyi ölkənin müvafiq qurumlarının və ya onları təşkil edən qurumların (o cümlədən, beynəlxalq qurumların) olimpiadaların, müsabiqələrin və yarışların qaliblərinə dair məlumat bazası üzərindən yoxlamaq hüququna malikdir.
Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunmaq istəyənlər sənədlərlə yanaşı, həmin təhsil müəssisəsində yaradılmış Sənəd Qəbulu Komissiyasına sağlamlıq və fiziki vəziyyətləri haqqında arayış, tərcümeyi-hal və həmin təhsil müəssisəsinin Nizamnaməsində nəzərdə tutulmuş digər məlumatları təqdim etməlidirlər.
-
Təbrizli jurnalist polis bölməsində döyülüb
-
Gürcüstan Parlamenti LGBT təbliğatını qadağan edən qanunu qəbul edib
-
Fransanın Ukraynada PUA və texnika üçün istehsal etdiyi avadanlıqların 30%-i Ermənistana ayrılır
-
Makronun impiçmenti üçün ilkin addım atılıb
-
Volodin Qərbi hədələyib
-
Sabit Bağırov: Ermənistan öz mənfəətinə uyğun olaraq Rusiyaya yardım edir
-
Naxçıvandan Şuşaya
-
Muğlada xaricə qaçmağa çalışan FETÖ-çülər yaxalanıb
-
Baş Prokurorluqda vakant vəzifələrin tutulması üçün müsahibə elan olunub
-
Ölkə ərazisində yaşayan əcnəbilərin inteqrasiyası: nəzəriyyə və praktika – Ekspertlərin təklifi
-
Vikipediyanın Azərbaycan dilində nə baş verir? - ARAŞDIRMA
-
Ermənistan Prokurorluğu Robert Köçəryana, Seyran Ohanyana və digərlərinə qarşı yeni cinayət təqibinə başlayıb
-
Sumqayıtda 20 yaşlı oğlan tikintidə yıxılaraq ölüb
-
Gəncə Dövlət Milli Dram Teatrı Bakıda çıxış edəcək
-
Azərbaycanın Xalq artisti Almaniyada yeddi dəfə Alfio partiyasını ifa edəcək
-
Kreml Rusiya ordusunun şəxsi heyətinin sayının artırılmasına aydınlıq gətirib
-
Rəsmi Bakı Niderlandı Azərbaycanla münasibətləri daha da sarsıdan bəyanatlara son qoymağa çağırıb
-
Baş nazir: Gürcüstanın Qərblə münasibətləri Ukraynada müharibə bitdikdən sonra yaxşılaşacaq
-
The Economist: Qaz ixracı artdıqca Azərbaycanın cari əməliyyatlar hesabı profisitdə qalacaq
-
İsveç gələn il müdafiə xərclərini 1,3 milyard dollar artıracaq
-
Prezident: Azərbaycan müstəmləkə üsul-idarəsindən əzab-əziyyət çəkən xalqlara dəstəyini davam etdirir
-
Estoniyanın keçmiş Baş naziri noyabrın 1-dən Aİ diplomatiyasına rəhbərlik edəcək
-
Prezident İlham Əliyev Əlcəzairin yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB
-
Sabah yağış yağacaq, dağlıq ərazilərdə dolu düşəcək - PROQNOZ
-
Fədailərin çıxdığı, mixi yazıların saxlandığı, Şəhriyarın öydüyü Güney Azərbaycan şəhəri - ARAŞDIRMA
-
Bu ilin 8 ayında velosipedçilərin vurulması ilə nəticələnən 15 yol qəzası olub, 5 nəfər ölüb
-
Azərbaycanda yaşıl taksonomiyanın hazırlanması Dünya Bankı ilə müzakirə edilib
-
İsrail ordusu Qəzzada "İslami Cihad" komandirini zərəsizləşdirdiyini bildirib
-
DYP velosipedçilərə müraciət edib
-
“Külək enerjisi üçün Bakı, Abşeron və Xızı daha əlverişli hesab olunur”
-
Geomaqnit qasırğası bu gün günorta saatlarınadək davam edəcək - FOTO
-
“İcma əsaslı inteqrasiya olunmuş infrastrukturun formalaşdırılması vacibdir”
-
İsveçrəli müğənni: Azərbaycan tanımaq istədiyim ölkələrdən biridir - MÜSAHİBƏ
-
“Bu ölkəmizin qlobal və regional hədəflərə töhfəsidir”
-
Balakəndə 3 narkotik plantasiyası aşkar edilib, 5 nəfər saxlanılıb
-
İstanbulda Azərbaycan və Türkiyənin ortaq mədəni dəyərləri təqdim olunub
-
Rusiya daha 1020 hərbçisini itirib
-
Cəbrayılın Şükürbəyli kəndində 48 fərdi evin tikintisinə 7,7 mln. manat xərclənəcək
-
Nazir müavini: İlin sonuna xidmətlərin 15%-i rəqəmsal formaya keçiriləcək
-
Qarabağ Universiteti tələbələrinin Xankəndidə yerləşdirilməsinə başlanılıb
-
Prezident İlham Əliyev Əlcəzairin yeni səfirinin etimadnaməsini qəbul edib
-
Rusiyada helikopter qəzaya uğrayıb, 3 nəfər ölüb - YENİLƏNİB
-
AÇG layihəsi üzrə əsaslı xərclər 45 mlrd. dollara çatıb
-
İran Avstriya vətəndaşını həbsdən azad edib
-
Hindistanda sürətlə yayılan virusa görə bir ştatda karantin elan edilib
-
Qızıl və gümüş yenidən ucuzlaşıb
-
Dünya bazarlarında neft bahalaşır
-
Azərbaycan nefti cüzi ucuzlaşıb
-
FHN sürücülərə müraciət edib
-
Azərbaycan QHT-ləri ABŞ və Aİ-də Rusiyaya sanksiyaların tətbiqi və icrasına nəzarət edən qurumların rəhbərlərinə açıq məktub ünvanlayıb
-
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
-
8 Noyabr prospektində avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq edilib
-
Bakıda avtobus velosipedçini vuraraq öldürüb
-
Ucarda yol qəzası olub, ölən var - FOTO
-
Amurda helikopter qəzaya uğrayıb - 3 nəfər ölüb
-
Bu günün valyuta məzənnələri
-
PKK-nın qırmızı kateqoriyada axtarışda olan məsul şəxsi zərərsizləşdirilib
-
Bakıda növbəti təhlükəsizlik forumu keçirilib
-
Rusiyada tanınmış azərbaycanlı vəkil Elman Paşayev saxlanılıb
-
Trampa sui-qəsd edəni 20 ilə qədər həbs cəzası gözləyir