Ağdamda itkin düşən şəxsin minaya düşüb öldüyü məlum olub - FOTO Hadisə

Ağdamda itkin düşən şəxsin minaya düşüb öldüyü məlum olub - FOTO

Ağdamda itkin düşən şəxsin meyiti tapılıb.

Trend-in məlumatına görə, Ağdam rayon sakini Cəsarət Hətəmxanov iyunun 7-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. 1978-ci il təvəllüdlü C. Hətəmxanovun itkin düşməsi ilə bağlı rayon Polis Şöbəsinə daxil olmuş müraciətlə əlaqədar Ağdam RPŞ-nin əməkdaşları və digər aidiyyəti qurumlar tərəfindən işğaldan azad edilmiş ərazilər də daxil olmaqla, bütün rayon ərazisində axtarış tədbirləri aparıb.

İyunun 17-də səhər saatlarında C. Hətəmxanovun meyiti Ağdam rayonunun işğaldan azad olunmuş Seyidli kəndi ərazisində tapılıb. C.Hətəmxanovun ərazidə mina partlayışı nəticəsində həlak olduğu deyilir. Meyitin götürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyi və ANAMA əməkdaşları cəlb edilib.