“DOST” mərkəzlərində əmək pensiyası ilə əlaqədar xidmətlərin sayı artırılıb Hadisə

“DOST” mərkəzlərində əmək pensiyası ilə əlaqədar xidmətlərin sayı artırılıb

“DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı genişləndirilib.

APA-nın məlumatına görə, bununla əlaqədar Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı”nda dəyişiklik edilib.

Fərmana əsasən, “DOST” mərkəzlərində əmək pensiyası və sosial müavinət sahələrində göstərilən xidmətlərin siyahısına ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən atalara, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən atalara, həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərə göstərilən xidmət də əlavə edilib.

Əvvəllər bu, 5 və daha çox uşağı növbəti nikah bağlamadan təkbaşına 8 yaşadək böyüdən kişilərə aid edilirdi.

Eyni zamanda sosial müavinətlərin (müavinətlərin) təyin edilməsi, o cümlədən övladlığa götürülən uşağa, o cümlədən övladlığa götürülən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə müavinət də "DOST" Mərkəzlərində göstərilən xidmətlərin siyahısına əlavə edilib.

Həmçinin 5 və daha çox uşağı doğub 8 yaşınadək tərbiyə etmiş qadınlara, sağlamlıq imkanları məhdud uşağını 8 yaşınadək tərbiyə etmiş qadınlara, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına, ümumi səbəblərdən I dərəcə əlilliyi olan şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla), ümumi səbəblərdən I dərəcə gözdən əlilliyi olan şəxslərə, əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə də əmək pensiyası və sosial müavinət sahələrində "DOST" Mərkəzləri tərəfindən xidmət göstəriləcək.