Agentlik: 190 manatın verilməsi Nazirlər Kabinetinin qərarlarından asılıdır Hadisə

Agentlik: 190 manatın verilməsi Nazirlər Kabinetinin qərarlarından asılıdır

Dövlət Məşğulluq Agentliyinin sədr müavini Nihad Muxtarlı sentyabrdan pandemiya dövründə işsiz vətəndaşlara 190 manat veriləcəyi ilə bağlı yayılan iddialara münasibət bildirib.

APA-nın məlumatına görə, N. Muxtarlı deyib ki, 190 manat Nazirlər Kabinetinin 7 aprel 2020-ci il qərarı ilə pandemiya dövründə verilirdi: “Artıq pandemiya dövrünün fəsadları aradan qalxmağa başlayır, biz bunu hər gün verilən statistikada da görə bilərik. Altı dəfə 190 manat ödənişi olub, hazırda 190 manat ödənişi dayanıb. Bundan sonra 190 manatın verilməsi birbaşa Nazirlər Kabinetinin qərarlarından asılıdır. Onlar qərar verirlər, biz isə icra edirik. Ümidvarıq ki, bir daha 190 manat veriləsi olmaz, yəni, bir daha pandemiya qaydaları sərtləşməz”.