Qarabağda döyüşlərə cəlb olunmuş xarici vətəndaşın məhkəməsində ittiham aktı elan edilib - YENİLƏNİB-1 Hadisə

Qarabağda döyüşlərə cəlb olunmuş xarici vətəndaşın məhkəməsində ittiham aktı elan edilib  - YENİLƏNİB-1

Ermənistan tərəfindən Qarabağda döyüşlərə cəlb olunmuş Rusiya vətəndaşı olan Dubakov Eduard Sergeyeviç barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib.

Prosesdə ittiham aktı elan edilib.

İttihama görə, Edurard Dubakov Azərbaycanın işğalda olan torpaqlarına qanunsuz səfər edərək Kəlbəcər rayonu ərazisində hərbi təlimlərdə iştirak edib.

Daha sonra bu il yanvarın 14-də terror-təxribat törətmək məqsədilə Türkiyədən Bakıya gəlib.

Dubakov Eduard Sergeyeviç barəsində Azərbaycan Cinayət Məcəlləsinin 214-3.1 (terrorçuluq, terrorçuluğu maliyyələşdirmə), 218.2-ci (Cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham verilib.

Hakim elan edib ki, verilən ittihamlar məhkəmə dövründə sübuta yetiriləcəyi təqdirdə, təqsirləndirilən şəxs 8 ildən 15 ilə qədər azadlıqdan məhrum edilə bilər.

Eduard Dubakov ittiham üzrə özünü qismən təqsirli bilib.

E. Dubakov bildirib ki, atası Bakıda doğulan ermənidir, Xankəndidə və Əsgəranda qohumları yaşayır. O, qohumları ilə münasibətləri olduğunu, əlaqə saxladığını bildirib.

E. Dubakov işğal edilmiş ərazilərdə bir neçə dəfə olduğunu da deyib.

Proses iyulun 7-də davam etdiriləcək.

***

14.14

Ermənistan tərəfindən Qarabağda döyüşlərə cəlb olunmuş Rusiya vətəndaşı Dubakov Eduard Sergeyeviç barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçiriləcək prosesdə məhkəmə istintaqının başlandığı elan edilib.

Prosesdə ittiham aktının elan ediləcəyi və təqsirləndirilən şəxsin ifadə verməsi gözlənilir.

***

07.11

Bu gün Ermənistan tərəfindən Qarabağda döyüşlərə cəlb olunmuş Rusiya vətəndaşı olan Dubakov Eduard Sergeyeviç barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçiriləcək prosesdə ittiham aktının elan ediləyi və təqsirləndirilən şəxsin ifadə verməsi gözlənilir.

Qeyd edək ki, Rusiya vətəndaşı olan Dubakov Eduard Sergeyeviç barəsində Azərbaycan Cinayət Məcəlləsinin 214-3.1 (terrorçuluq, terrorçuluğu maliyələşdirmə), 218.2-ci (Cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb.