Aİ Meta və TikTok-u Şəffaflıq Qaydalarını pozmaqda ittiham edir
24 Oktyabr 18:19
24 Oktyabr 18:19
24 Oktyabr 17:44
24 Oktyabr 13:53
6 İyul 2021 15:20
2 009
Qulu Məhərrəmli: “Sadəcə olaraq elə bir variant fikirləşmək lazımdır ki, etik çərçivə qorunsun”
“Son zamanlar sosial medianın tənzimlənməsi ilə bağlı çoxsaylı fikirlər səslənir, buna çağırışlar var. Mən bunu Azərbaycan ictimai həyatı üçün ümumiyyətlə məqbul saymıram, hətta bir qədər təhlükəli hesab edirəm”. Bunu Xalqcəbhəsi.az-a açıqlamasında əməkdar jurnalist, Bakı Dövlət Universitetinin Televiziya və radio jurnalistikası kafedrasının professoru Qulu Məhərrəmli deyib. Q.Məhərrəmli bildirib ki, sosial media bir platformadır, insanlar düşüncələrini paylaşır, mövqelərini bölüşürlər: “Əlbəttə onların hamısı dəqiq, xoşagələn deyil. Sadəcə olaraq elə bir variant fikirləşmək lazımdır ki, etik çərçivə qorunsun. Təxribat yayanlar, söyüş yazanlar, ictimai əxlaqı pozan davranışlara yol verənlərin qarşısını almaq üçün müəyyən formalar fikirləşib tapmaq olar. Amma ümumən sosial medianın tənzimlənməsi dünyanın heç bir yerində məqbul variant sayılmır”.
Əli Zülfüqaroğlu
24 Oktyabr 20:38
819
24 Oktyabr 19:27
840
24 Oktyabr 18:33
875