Şimal və qərb rayonlarında yağış yağıb Hadisə

Şimal və qərb rayonlarında yağış yağıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyulun 30-u saat 11:30-a olan məlumatına əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin 29-u günün birinci yarısında bəzi şimal və qərb rayonlarında yağış yağıb, Böyük Qafqazın bəzi yerlərində intensiv olub.

Xidmətdən bildirilib ki, düşən yağışın miqdarı: Zaqatalada 24.0 mm (aylıq normanın 31%-i), Balakəndə 20.0 mm (aylıq normanın 26 %-i), Astarada 12.0 mm, Kişçayda (Şəki) 6.0 mm, Qəbələ, Sarıbaş (Qax), Şəkidə 4.0 mm, Lerik, Lənkəran, Daşkəsəndə 3.0 mm, Göygöl, Gədəbəydə 2.0 mm, Oğuz, Biləsuvar, Yardımlı, Göyçay, Maştağada 1 mm-dək olub.

Havanın temperaturu: iyulun 29-da Bakıda iqlim normasından 1.0° aşağı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 27-30° isti, aran rayonlarında 26-31° isti, dağlıq rayonlarda 18°-dək isti, Naxçıvan MR-da 27-34° isti olub.