Havanı çirkləndirən müəssisələr cəzalandırılıb Hadisə
- 9 Avqust 2021 09:56
- 1 981
Havanı çirkləndirən müəssisələr cəzalandırılıb
Atmosfer havasının keyfiyyətinə nəzarət tədbirləri çərçivəsində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Sumqayıt şəhərində təkrar monitorinqlər keçirilib.
ETSN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Xidmət rəisi Hikmət Əlizadə bildirib ki, bir neçə gündür, Sumqayıtda aparılan monitorinqlər zamanı bəzi müəssisələrdə gündüz saatlarında havaya atılan tullantıların norma daxilində olmasına baxmayaraq, gecə saatlarında havaya normadan artıq tullantı atıldığına şübhə yarandığı üçün ötən gün gecə saatlarında həmin müəssisələrin ətrafında yenidən monitorinq aparılıb və ”AzMet” QSC-nin qaz-toz tutucu qurğusunda nasazlıq yarandığından təmizləyici filtrlərin işləmədiyi, havaya normadan artıq tüstünün atıldığı məlum olub.
“Faktla bağlı akt və protokol tərtib edilib, müəssisənin direktoru Murad İbrahimov vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimələnib. Nöqsanların qısa zamanda aradan qaldırılması üçün müəssisə rəhbərliyinə məcburi göstəriş verilib”.
Xidmət rəsmisi onu da qeyd edib ki, Sumqayıtla yanaşı, Quba və Gəncə regionlarında yerləşən müəssisələrdə də havanın tərkibi yoxlanılıb.
“Monitorinqlər zamanı Gəncə şəhərində gecə saatlarında havada xoşagəlməz tüstü və qoxu müşayiət edilib. Aparılan araşdırma zamanı Gəncə məişət tullantıları poliqonunda tullantıların istidən öz-özünə alışdığı və nəticədə havaya normadan artıq tüstünün atıldığı məlum olub. Belə halların təkrarlanmaması üçün poliqon rəhbərliyinə məcburi göstəriş verilib.
Quba rayonunda isə Dəvədabanı yaşayış massivində məişət tullantılarının yandırıldığı, nəticədə ətrafa tüstü və qoxunun yayıldığı aşkarlanıb. Faktla bağlı “Təmiz Quba” Mənzil Kommunal Təsərrüfatı Birliyinə akt və protokol tərtib edilib, hüquqi şəxs qismində cərimə edilməsi üçün toplanmış sənədlər Quba Rayon Məhkəməsinə göndərilib”.
H.Əlizadə monitorinqlərin bütün regionlarda davam etdiyini bildirib və ətraf mühiti, havanı çirkləndirən subyektlərə bir daha xəbərdarlıq edib.
"İstehsalat müəssisələrinin sahiblərinin və ətraf mühitə zərərli təsir göstərən digər təsərrüfat subyektlərinin nəzərinə çatdırırıq ki, fəaliyyətlərini qanunamüvafiq həyata keçirsinlər, ətraf mühitin çirkləndirilməsinə şərait yaratmasınlar".
-
Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk
-
Prezident İlham Əliyev: Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası başlayıb
-
"Vizasız rejim ləğv edilməyəcək"
-
Prezident İlham Əliyev: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb
-
Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var
-
Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib
-
Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir - Olaf Şolts
-
Prezident İlham Əliyev: Hesab edirəm ki, təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaqdır
-
Prezident İlham Əliyev: Avropa İttifaqının Energetika Komissiyası Azərbaycanı Pan-Avropa qaz təchizatçısı kimi qiymətləndirir
-
Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır
-
Prezident İlham Əliyev: Bu il Azərbaycanda 9 külək və günəş elektrik stansiyası işə salınacaq
-
Almaniya Azərbaycan və Ermənistana sülh yolunda dəstək göstərməyə hazırdır - Olaf Şolts
-
Prezident İlham Əliyev və Almaniya kansleri Olaf Şolts mətbuata bəyanatlarla çıxış edirlər - CANLI
-
Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək
-
Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb
-
Tarixi qala baxımsız qalıb
-
Prezident İlham Əliyevin Almaniya kansleri Olaf Şoltsla geniş tərkibdə görüşü başlayıb
-
Prezident İlham Əliyevin Berlində Olaf Şolts ilə təkbətək görüşü olub - FOTO
-
Növbəti köç karvanı Füzuliyə çatdı
-
Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edildi
-
Prezident İlham Əliyev: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır
-
Nəsimi rayonunda “Zirvələrə yüksələn zərif insan ömrü” adlı tədbir keçirilib
-
Prezident İlham Əliyev: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir
-
Şənbə gününün havası necə olacaq? - PROQNOZ
-
Prezident İlham Əliyev: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik
-
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək
-
“Milli Məclis qarşısında məsələ qaldırıla bilər”
-
Prezident İlham Əliyev: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər
-
“2024-cü ildə də sosial təminat prioritetliyini qoruyub saxlayır”
-
Avropa Parlamentinin qətnaməsi əsassızdır - XİN
-
Rusiya üçün çətin aylar başlayır
-
“Səfərin siyasi tərəfləri də var”
-
“Xarici investisiya və şirkətlərin cəlbinə ehtiyac var”
-
Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - YENİLƏNİB
-
Məhbus aktivistlər məzuniyyət hüquqları ilə təmin olunmurlar
-
Şoyqu: Rusiya heç vaxt NATO-nu təhdid etməyib
-
“İlham Əliyev məhz Füzuli şəhərindən Almaniyaya işgüzar səfər edərək...”
-
Ayxan Hacızadə: Avropa Parlamentinin qətnaməsi əsassızdır
-
“Bu məqam diqqət çəksə də...”
-
Ukrayna məhkəməsi keçmiş naziri həbs edib
-
“Ermənistan normal qonşu olmağı öyrənməlidir”
-
Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir
-
Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var
-
“Azərbaycan delimitasiya işini davam etdirmək istəyir”
-
TƏBİB-in direktoru Bakıda poliklinikalarda növbə olmasının səbəbi AÇIQLAYIB
-
Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir
-
“Görülən bütün müsbət işlər eyni zamanda pərdəarxası fəaliyyətin də nəticəsidir”
-
“Ən vacib məsələlərdən biri normallaşmaya gedilməsi və gələcəklə bağlıdır”
-
Rusiya sülhməramlılarının Azərbaycandan tam çıxarılması prosesinə başlanılıb - Müdafiə Nazirliyi
-
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi - Kərəm Vəliyev
-
Bu il Aİ ölkələri 1196 Gürcüstan vətəndaşını deportasiya edib
-
Blinken çinli həmkarı ilə görüşüb
-
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı
-
Əqli mülkiyyət hüququnun qorunması Ombudsmanın fəaliyyət istiqamətləri arasındadır
-
Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
Təhsil haqqı dövlət tərəfindən ödənilən şəxslərin yuxarı yaş həddinə yenidən baxıla bilər
-
Milli fəal Cəbrayıl Pakruh məhkəməyə çağırıldı
-
Rəsmi İrəvan: Ermənistan və Azərbaycan XİN rəhbərlərinin Qazaxıstandakı görüşünün tarixi razılaşdırılır
-
Mastercard: Azərbaycan təmassız ödənişlər üzrə regional liderdir