24 Mart 16:49
10 Avqust 2021 08:59
3 563
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Şabran rayonunun Gəndov kəndində "Opel" markalı minik avtomobilinin Samur-Abşeron kanalına aşması barədə məlumat daxil olub.
Nazirlikdən verilən məlumata görə, hadisə yerinə cəlb olunan qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobilin sürücüsü, 1962-cı il təvəllüdlü Quliyev Mənsim Qəhrəman oğlunun meyitini su kanalından çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
24 Mart 17:07
1 211
24 Mart 16:08
1 246
24 Mart 14:54
1 162