"Lavrovun bəyanatı cavabsız qalmamalıydı" Hadisə

"Lavrovun bəyanatı cavabsız qalmamalıydı"

"Lavrovun bu bəyanatı təxribat xarakterlidir. Hesab edirəm ki, bu bəyanat cavabsız qalmamalıdır. Bizim Xarici İşlər Nazirliyi dərhal buna cavab verməliyidi, Rusiya tərəfindən buna aydınlıq qətirilməsini tələb etməliyidi. Rusiyanın Azərbaycanda səfiri XİN-ə dəvət olunub ona nota verilməliyidi. Təəssüf ki, bu olmadı".

Bunu "Xalq Cəbhəsi"nə açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Rusiya Xarici işlər naziri Lavrovun iş adamlarına Qarabağa yatırım edilməsilə bağlı təklifi və Rusiyanın Ermənistandakı səfirinin Azərbaycan-Ermənistan sərhədinə səfərinə münasibətində bildirib.

Partiya sədri qeyd edib ki,
Rusiyada ermənipərəst qüvvələr çoxdur. İstər mətbuatda, istərsə də hakimiyyət daxilində: "Bu qüvvələr çalışırlar ki, 10 noyabr Bəyanatı həyata keçməsin. Amma mən hesab edirəm ki, Putin öz imzasına hörmət edəndir və imzaladığı 10 noyabr Bəyanatında olan bütün bəndlər həyata keçəcək".

Cavid