ABŞ-ın Marşal İrsi İnstitutunun prezidenti: "Azərbaycanda olduğumuz qısa müddətdə çox böyük işlər görüldü" Hadisə

ABŞ-ın Marşal İrsi İnstitutunun prezidenti: "Azərbaycanda olduğumuz qısa müddətdə çox böyük işlər görüldü"

“Bu, Azərbaycana 6-cı səfərimizdir. MLI-nın ANAMA ilə əməkdaşlığı 2005-ci ildən davam edir. Burada ən böyük rolu ABŞ Dövlət Departamenti oynayıb”.

APA-nın məlumatına görə, bunu ABŞ-ın Marşal İrsi İnstitutunun (Marshall Legacy Institute, MLI) prezidenti Perri Baltimor deyib.

MLI sədri bildirib ki, hazırda departamentin nümayəndələri də burada iştirak edir: “48 saatdan az müddətdir ki, Azərbaycandayıq. Bu qısa müddətdə çox böyük işlər görüldü. Hər zaman olduğu kimi, ANAMA-nın işçiləri lazım olan yerdə lazım olan vaxtda olurlar. Onlar lazım olan bütün işləri edirlər. Biz Füzuli bölgəsinə getdik. Ötən dəfə biz Füzuliyə çox uzun vaxtda gedib çıxa bilmişdik. İndi isə çox gözəl yolla bizi apardılar. Bu, səfərin ən çox yaddaqalan hissəsi oldu. Biz birbaşa itlərlə işləyən heyətlə tanış olduq. İtlər bizdən 1-2 saat öncə çatsalar da, əməliyyata tam hazır vəziyyətdə idi. itlərə baxan mütəxəssisə buna görə təşəkkür edirəm”.