Rusiya ordusu Çerniqov vilayətində meriya binasına PUA ilə zərbə endirib, yanğın başlayıb
IDF İranın ballistik raketlər üçün material istehsal edən azsaylı zavodlarından birini bombalayıb
Bakıda avtomobildə nəzarətsiz qalan 2 azyaşlı qəza törədib, ölən və xəsarət alan var
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
14 Sentyabr 2021 22:04
3 360
Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə keçirilən “Üç qardaş - 2021” beynəlxalq təlimində hava desant hazırlığı üzrə məşqlər icra olunub.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, təlimin planına əsasən hava desant hazırlığı mərhələsində xüsusi təyinatlı bölmələrin helikopter vasitəsi ilə yerdəyişməsi, mühafizənin təşkili və təxliyə üsulları məşq etdirilib.
Məşqlərin gedişatında xüsusi təyinatlıların fəaliyyəti yüksək qiymətləndirilib.
Qeyd edək ki, Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə keçirilən “Üç qardaş - 2021” beynəlxalq təlimi sentyabrın 20-dək davam edəcəkdir.



