“Rusiya danışıqlardan qaçmaq üçün bəhanə tapdı”
30 Dekabr 2025 23:00
30 Dekabr 2025 23:00
30 Dekabr 2025 22:59
30 Dekabr 2025 22:37
30 Dekabr 2025 22:36
27 Sentyabr 2021 19:03
3 045
Fransanın “Le Monde” qəzetində müharibədən bir il sonra ermənilərin gündəlik həyatının necə dəyişməsindən bəhs edən məqalə dərc edilib.
Məqalədə qeyd olunur ki, Birinci Qarabağ müharibəsində ermənilər Dağlıq Qarabağı və ətrafdakı əraziləri işğal edərək 600 min azərbaycanlını bu ərazilərdən qovub.
Müəllifin sözlərinə görə, bir il əvvəl Azərbaycana qarşı məğlubiyyətdən sonra ermənilərin gündəlik həyatı kəskin şəkildə dəyişib. Ermənistanda işsizlik səviyyəsi də artıb. Bakının nəzarəti altına keçən bufer zonalarda yaşayan ermənilərin əksəriyyəti fermer idi və hazırda isə əkin sahələrinin 60%-i olan Qarabağı Azərbaycan geri qaytarıb.
Məqalədə hazırda əsas problemin təhlükəsizlik məsələsi olduğu qeyd edilib.
Yazıda Azərbaycanın Şuşanı mədəniyyət paytaxtı elan etdiyi, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işlərinin həyata keçirilməsi üçün fond təsis edildiyi, Şuşaya artıq səfərlərin başlandığı və Azərbaycanın şəhəri turizm mərkəzinə çevirmək məqsədi güddüyü bildirilib.
30 Dekabr 2025 18:03
2 079
30 Dekabr 2025 18:01
1 820
30 Dekabr 2025 17:36
1 904