İsrail ordusu Beyruta hədəfli zərbə endirib
28 May 15:32
28 May 15:32
İran: "ABŞ vurduğu yüz milyardlarla dollarlıq ziyanı ödəməlidir"
Rumıniya Prezidenti Müdafiə Şurasının təcili iclasını çağırıb
“Gənc xilasedici və yanğınsöndürən” XIII Ümumrespublika yarışlarının zona birinciliyi keçirilib
Qazaxıstan Bakı-Supsa kəmərini mümkün neft ixracı marşrutları arasında qiymətləndirir
28 Sentyabr 2021 09:33
1 897
Oktyabrın 1-dən direktor vəzifəsinə işə qəbul üzrə müsahibələrin ikinci mərhələsinə start verilir. Bu mərhələyə test imtahanı nəticəsi 30 bal və daha çox olan namizədlər dəvət olunacaq.
Təhsil Nazirliyindən verilən məlumata görə, tezliklə namizədlərin şəxsi səhifələrinə müsahibə qrafiki barədə məlumat göndəriləcək.
Namizədlər şəxsi səhifədə qeyd olunan vaxtdan 15 dəqiqə əvvəl tələb olunan sənədlərlə (şəxsiyyəti təsdiq edən sənədin, təhsil haqqında sənəd və ona əlavənin (olduğu təqdirdə) əsli, əmək kitabçasının surəti) müsahibənin keçiriləcəyi ünvana gəlməlidirlər. Müsahibəyə gəlməyən namizədlər müsabiqədə iştirakdan imtina etmiş hesab olunacaq.
Müsahibə mərhələsində namizədlərin peşə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları, dünyagörüşü və şəxsi keyfiyyətləri yoxlanılacaq.
Hər müsahibə gününün sonunda Təhsil Nazirliyinin rəsmi internet səhifəsindəki müvafiq bölmədə (https://edu.gov.az/az/key-services/diq-musahibe-neticeleri) həmin gün müsahibədə iştirak etmiş namizədlərin nəticələri elan ediləcək.
29 May 11:34
1 316
29 May 10:53
1 267
28 May 11:21
1 792