![Hesablama Palatası Aqrar Kredit və İnkişaf Agentliyində nöqsanlar aşkarlayıb](https://xalqcebhesi.az/media/2024/07/26/225x136/66a3b6b520ab566a3b6b520ab61722005173b110f128a4f04e7e77a34d62ec55645e.jpg)

26 İyul 18:03
Vətən müharibəsindən itkin düşən 7 hərbi qulluqçumuzdan birinin meyiti tapılıb.
Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.
O bildirib ki, hazırda meyitin şəxsiyyəti müəyyənləşdirilir: "Birinci Qarabağ müharibəsində 4 min, İkinci Qarabağ müharibəsində isə 7 nəfər itkin düşmüşdü. Son günlər müharibənin baş verdiyi ərazilərdən daha bir meyit tapılıb, hazırda identifikasiyası üzrə işlər davam etdirilir, DNT analizləri götürülür. Çox güman ki, itkin düşənlərin sayı 6-ya düşəcək. Bununla bağlı bizim aidiyyəti qurumlarla əməkdaşlığımız davam edir".