“HƏMAS-a dəstək regionda gərginliyi artırır”
19 Dekabr 22:46
19 Dekabr 22:46
19 Dekabr 22:24
19 Dekabr 22:18
19 Dekabr 14:16
1 Oktyabr 2021 13:31
2 499
Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində dələduzluğa görə axtarışda olan şəxsin daha bir əməlinin də üstü açılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Yevlax RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq) maddəsi ilə axtarışda olan Əziz Hüseynov saxlanılıb. Saxlanıldıqdan sonra Ə.Hüseynovun ətrafında aparılan araşdırma zamanı digər bir vətəndaşın 1000 manat pulunu dələduzluq yolu ilə mənimsədiyi də müəyyən edilib.
Onun analoji cinayətlər törətdiyi də istisna edilmir. Əgər Ə.Hüseynovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və Yevlax Rayon Polis Şöbəsinə məlumat vermələri xahiş olunur.
19 Dekabr 20:27
1 715
19 Dekabr 19:54
1 701
19 Dekabr 19:09
1 715