Dağıstanda daşqınlar səbəbindən fövqəladə vəziyyət rejimi federal səviyyəyə qaldırılacaq
Azərbaycan hərbçiləri Türkiyədə “Anadolu Ankası - 2026” təlimində iştirak edir
Fransa İran vətəndaşını azad edib, Tehrana qarşı BƏM-dəki şikayətini geri götürüb
DTX-nin həbs etdiyi, terroru maliyyələşdirmədə təqsirləndirilən şəxsə hökm oxunub
8 Oktyabr 2021 11:20
2 254
Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Xəzəryanı dövlətlərin növbəti zirvə görüşünün üz-üzə formatda keçirilməsini təklif edib.
Trend bu barədə Türkmənistan Dövlət İnformasiya Agentliyinə istinadən məlumat verir.
Qeyd olunub ki, söhbət zamanı "Xəzər beşliyi" formatında əməkdaşlıq çoxtərəfli tərəfdaşlıq çərçivəsində ən vacib istiqamətlərdən biri kimi qiymətləndirilib. Bu baxımdan Türkmənistan lideri ölkənin gələn il Xəzəryanı dövlətlərin növbəti zirvə görüşünü qəbul etməyə hazır olduğunu vurğulayıb.
Türkmənistan tərəfi dünyada mürəkkəb epidemioloji vəziyyətə baxmayaraq, görüşün üz-üzə keçirilməsini məqsədəuyğun hesab edir:
"Bu, gündəmdə dayanan bir sıra məsələlərin, o cümlədən sabitlik və təhlükəsizlik, ekologiya və ətraf mühitin mühafizəsi, Xəzərdə iqtisadi əməkdaşlıq məsələlərinin ətraflı nəzərdən keçirilməsi zərurəti ilə əlaqədardır. Eyni zamanda, zirvə görüşü Xəzəryanı dövlətlərin rəhbərlərinin ikitərəfli görüşləri üçün də imkan yaradacaq".