Livanda iki jurnalist İsrailin PUA hücumunda həlak olub
28 Mart 16:56
28 Mart 16:56
13 Oktyabr 2021 12:16
2 492
Cənubi Koreyalı rejissor Hvan Don-hekanın "Kalamar oyunu" ("Squid game") serialı "Netflix" platformasının tarixində ən çox izlənən serial oldu.
Bu barədə "Netflix"in rəsmi "Twitter" səhifəsində açıqlama yerləşdirilib.
Məlumata əsasən, serial premyerasından bu yana 25 gün ərzində 111 milyon baxışı keçib. Bu isə o deməkdir ki, "Kalamar oyunu" 4 həftə ərzində 82 milyon baxış toplayan "Bridgerton" serialını qabaqlayaraq platformanın tarixində ən çox izlənən serial olub.
Oktyabrın əvvəlində "Kalamar oyunu" serialı "Netflix" platformasının 90 ölkədə reytinqində birinci yerə yüksəlib. Layihə ABŞ-da ən çox tələbat olan 18 şou sıralamasına daxil olub, həmçinin "Metacritic", "Rotten Tomatoes" və "IMDb" portallarında müsbət qiymətlər alıb.
Qeyd edək ki, "Kalamar oyunu" "Netflix" reytinqində birinci pilləyə yüksələn ilk Cənubi Koreya serialıdır. Serialda maddi çətinliklərlə üzləşən insanların naməlum şəxsin dəvətini qəbul edərək həyatda qalma oyununa qatılmaları əks etdirilir. Serialın qəhrəmanları 40 milyon dollar uduşu əldə etmək üçün 6 uşaq oyununu keçməlidirlər. Oyunlarda uduzan şəxslər öldürülürlər.
28 Mart 17:47
1 218
28 Mart 15:54
1 281
28 Mart 15:07
1 134