Hakerlər ABŞ HHQ-nin "Cloud One" bulud platformasını sındırıblar
27 Noyabr 16:42
27 Noyabr 16:42
27 Noyabr 14:34
Ceyhun Bayramov: Estoniya səfirliyinin açılması ikitərəfli münasibətlərdə yeni mərhələdir
İran Küveytdəki hücumu Ukraynanın təşkil etdiyini iddia edib
Gələn ay musiqi müəllimlərinin sertifikasiya imtahanı keçiriləcək
“Reuters”: Hakerlər ABŞ Hərbi Hava Qüvvələrinin bulud hesablama platformasına müdaxilə edib
Ukrayna ordusu “İsgəndər” raketləri üçün yanacaq istehsal edən zavodu vurub
26 Noyabr 2021 11:58
2 408
COVID-19 infeksiyası tənəffüs yollarının xəstəliyi kimi görülsə də, əsasən xəstəliklə bağlı ölümlərin üçdə biri ürəklə əlaqəli səbəblərə görə baş verir.
Trend xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssisi İlqar Tahiroğlu deyib.
Onun sözlərinə görə, bu ölümlər ya ciddi ritm pozğunluğu, ya da ürəyin zədələnməsinin nəticəsidir. Buna görə də reanimasiya şöbələrində ürəklə bağlı ölümlər ön plandadır.
"COVID-19 virusu əsasən damarların tutulmasına səbəb olur. Buna görə də bu virus damar olan yerdə ciddi problemlər yarada bilər. Virusun yaratdığı ən mühüm problem onun damardaxili laxtalanmaya səbəb olmasıdır. Bu vəziyyət bir tərəfdən ağciyərlərdə tutulmaların əsasını təşkil edir, digər tərəfdən də infarkt keçirməyi asanlaşdıran faktor kimi görünür", - o bildirib.
Mütəxəssis COVID-19-un mövcud ürək xəstəliklərinin ağırlaşmasına səbəb oduğunu da qeyd edib.
"COVID-19 virus mənşəli xəstəlikdir və bütün orqanlara təsir etdiyi kimi ürəkdən də yan keçmir. Özəlliklə ürək çatışmazlığı, ürək xəstəlikləri olan insanlar COVID-19-u daha ağır keçirir. COVID-19 ürəkdə ən önəmlisi ürək əzələsinin iltihabına səbəb olur. Bu iltihaba bağlı olaraq bütün əzələ gücü zəifləyir və ürək çatışmazlığına gətirib çıxarır. Bir əsas zədələnmə də ürəkdə ciddi aritmiyalara səbəb olur ki, xəstədə mədəcik mənşəli döyüntü pozğunluğu yaranır və ürək dayanmasına qədər gətirib çıxarır", - İ.Tahiroğlu əlavə edib.
27 Noyabr 18:59
945
27 Noyabr 17:45
903
27 Noyabr 17:11
903