“Avropa İran cəbhəsinə girmir”
19 Mart 23:01
19 Mart 23:01
19 Mart 22:25
19 Mart 21:47
19 Mart 21:43
Siyarto: Macarıstan neft tədarükü bərpa olunmadan Ukraynanın maliyyələşdirilməsini dəstəkləməyəcək
Mehriban Əliyeva Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Prezident İlham Əliyevin sosial media hesablarında Ramazan bayramı münasibətilə paylaşım edilib
Quterreş: “Qlobal əməkdaşlıq olmadan davamlı sülhə nail olmaq çətindir”
11 Yanvar 2022 10:04
2 016
Ağdaş sakinini həyətində bıçaqlayan şəxs saxlanılıb.
Ağdaş rayon prokurorluğundan verilən məlumata görə, yanvarın 10-u saat 01 radələrində Ağdaş rayonu, Ləki qəsəbə sakini Zaur Əliyevə tanımadığı şəxs tərəfindən yaşadığı evin həyətində ürək nahiyəsindən bıçaqla xəsarət yetirilməsi və həmin şəxsin hadisə yerindən qaçması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi başlanıb.
Prokurorluq və polis orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin Yevlax rayon sakini, 2001-ci il təvəllüdlü Nurlan Xəlilov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Nurlan Xəlilov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
09:46
805
19 Mart 17:13
1 309
19 Mart 17:10
1 365