27 Dekabr 11:23
27 Dekabr 10:56
26 Dekabr 21:04
14 Yanvar 2022 17:27
2 499
İl başlayandan tikinti materialları bazarında qiymət artımı bir az səngiyib. Qış ayları tikinti materialları bazarı üçün qeyri-mövsümi aylardır.
Bunu Trend-ə əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.
R.Osmanlının sözlərinə görə, ötən il tikinti materialları bazarında çox kəskin qiymət artımları baş verdi.
"Bir sıra məhsulların illik göstəicilərində 30-40% artım olub. Tikinti materialları bazarındakı məhsulların hamısının qiyməti artıb. Taxta və bəzi malların qiymətində azalma müşahidə olunur. Qiymət artımının müxtəlif səbəbləri var. Əsas səbəb tələb və təklif amili və bəzi işbazların tikinti materiallarının qiymətini qaldırmasıdır,"-deyə ekspert bildirib.
27 Dekabr 10:14
1 869
26 Dekabr 21:03
2 065
26 Dekabr 20:09
3 339