“Pandemiya ilə mübarizədə Azərbaycan ilk günlərdən qabaqlayıcı tədbirlər görüb”-Fuad Hüseynzadə Hadisə

“Pandemiya ilə mübarizədə Azərbaycan ilk günlərdən qabaqlayıcı tədbirlər görüb”-Fuad Hüseynzadə

“Dünya dövlətləri hələ də koronavirus (COVİD-19) pandemiyası ilə mübarizəsini davam etdirir. Xüsusən koronavirusun mutasiya olunmuş “Omicron” ştammı aşkar ediləndən sonra bu məsələ daha da ciddiləşib. Bu baxımdan Azərbaycanda da davamlı olaraq ciddi mübarizə aparılır. Pandemiya ilə mübarizədə Azərbaycan ilk günlərdən qabaqlayıcı tədbirlər görərək məqsədə nail olub və ən əsası isə ölkə başçısı səviyyəsində vəziyyət diqqət və nəzarətdə saxlanılıb”. Bu fikirləri Xalqcəbhəsi.az-a açıqlamasında Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə deyib.
F.Hüseynzadə əlavə edib ki, koronavirusla mübarizədə “Azərbaycan modeli” artıq bir çox ölkələr üçün nümunə olub: “Grülən bütün işlərə baxmayaraq, koronavirus təhlükəsi hələ də davam edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, əsas vəzifə insanları xəstəlikdən qorumaq, onların həyatını xilas etməkdir. Yəni bu gün dövlət üzərinə düşəni edir. İndi əsas məsələ əhalinin pandemiya ilə bağlı qəbul edilmiş qayda və qanunlara ciddi əməl etməsidir.
Sevindirici haldır ki, Azərbaycan koronavirusun ölkəmizdə, o cümlədən xaricdə geniş yayılmaması üçün milli və beynəlmiləl həmrəylik nümayiş etdirib. Lakin bu həmrəylik daimi olmalıdır. Bunun üçün əhali peyvəndləmə prosesində fəal iştirak etməli, gigiyenik və təhlükəsizlik qaydalarına daimi riayət etməlidir”.

Əli