Ərdoğan: "Bu, Türkiyəyə qarşı alçaq təxribatdır"
7 Aprel 17:25
7 Aprel 17:25
7 Aprel 17:20
7 Aprel 16:53
25 Yanvar 2022 17:24
4 403
Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki bazasının gücləndirilməsi üçün yeni qanun layihəsi hazırlanır.
Trend-in məlumatına görə, bununla bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanunda dəyişiklik müzakirəyə çıxarılıb.
Bildirilib ki, qanunun 9.6-cı maddəsi yeni redaksiyada təklif olunur. Dəyişikliyə əsasən, Azərbaycan Ordusunun və başqa silahlı birləşmələrin hər biri üçün ayrılıqda dinc və müharibə (silahlı münaqişə) dövrlərində maddi-texniki vasitələrlə təmin edilməsi qaydası və təminat norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Layihə Azərbaycanın ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək aparılan döyüş əməliyyatlarında əldə edilmiş təcrübə əsasında hazırlanıb. Məqsəd bütün növ qoşunların maddi-texniki bazasının ən yüksək səviyyədə təmin edilməsidir.
İclasda, həmçinin “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsinin daxil edildiyi, sənədin yüksək səviyyədə hazırlandığı, müvafiq dövlət qurumlarından müsbət rəylərin verildiyi diqqətə çatdırılıb.
7 Aprel 20:17
1 120
7 Aprel 19:15
1 183
7 Aprel 19:13
1 190