Kiyev və Vaşinqton arasında kritik sülh danışıqları başlayır
8 Oktyabr 17:39
8 Oktyabr 17:39
8 Oktyabr 15:20
8 Oktyabr 13:39
"Müharibəni dayandırmaq – cəmiyyətin tələbi məhz bu olmalıdır"
Pentaqondan nəhəng müqavilə: 6,3 milyard dollarlıq "SM-3" raketləri istehsal olunacaq
XİN: Müharibənin başa çatmasından sonra Azərbaycanda mina qurbanlarının sayı 443 nəfərə çatıb
Atom Enerjisi Təşkilatının rəhbəri: İran uranın zənginləşdirilməsindən imtina etməyəcək
1 Fevral 2022 10:05
2 065
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan şəxs tutularaq istintaqa təhvil verilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, şəhər sakini, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olduğu üçün, eləcə də quldurluq və oğurluq əməllərinə görə ümumilikdə 25 il məhkumluq həyatı yaşayan Hafiz Məhərrəmli idarə etdiyi “Ford” markalı avtomobillə birgə saxlanılıb. Nəqliyyat vasitəsinə baxış keçirilərkən oturacağın altında satış məqsədilə gizlətdiyi 20 ədəd kibrit qutusunda qurudulmuş marixuana aşkarlanıb.
Davam etdirilən tədbirlərlə onun yaşadığı ünvana da baxış keçirilib. Oradan isə sellofan torbada saxladığı 300 qram marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.
H.Məhərrəmli barəsində Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanlıb və məhkəmənin də qərarı ilə barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
8 Oktyabr 21:43
826
8 Oktyabr 20:25
959
8 Oktyabr 17:35
896